Slimfit
  1. DÜNYA

KfW Gürcüstanda ilk yeraltı qaz anbarının tikintisinə 150 mln. avro kredit ayırıb

KfW Gürcüstanda ilk yeraltı qaz anbarının tikintisinə 150 mln. avro kredit ayırıb
Sakura

KfW Gürcüstanda ilk yeraltı qaz anbarının tikintisinə 150 mln. avro kredit ayırıb

Almaniyanın dövlət bankı - KfW Gürcüstanda ilk yeraltı qaz anbarının tikintisinə 150 mln. avro kredit ayırmağa qərar verib. 

"Report" gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin baş naziri Mamuka Baxtadze bildirib. 

Onun sözlərinə görə, anbarın tikintisi 250 mln. dollara başa gələcək. Vəsaitin qalan hissəsini Gürcüstan Beynəlxalq Neft və Qaz Korporasiyası, eləcə də digər beynəlxalq maliyyə institutları təmin edəcək. 

Fransanın "Geostock SAS" şirkətinin hazırladığı layihəyə əsasən, yeraltı qaz anbarının tutumu 280 mln. kub metr olacaq, bu da Gürcüstanın qaza olan illik tələbatının 15%-ni təşkil edir. 

Layihənin icrasına bu ilin sonlarında başlanılacaq və obyekt 2021-ci ildə təhvil veriləcək. 

Qeyd edək ki, Gürcüstanda ildə 2,5 mlrd. kub metr qaz istehlak olunur və bunun əsas hissəsi Azərbaycandan idxal edilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR