Dərc edildi: Baxış sayı: 552
'Keşlə'nin legioneri: 'Sanki şok yaşadım'
"Ani bir epizodda zədələndim. Sanki şok yaşadım. Özümü pis hiss etdim".
Bunu "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Con Kamara səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra deyib. Oyunun 21-ci dəqiqəsində xəsarət alaraq yerini Pərviz Azadova verən sierra-leoneli yarımmüdafiəçi zədəsinin ciddi olmadığını bildirib. 32 yaşlı oyunçu hər şeyə həkim müayinəsindən sonra aydınlıq gələcəyini diqqətə çatdırıb.
Kamara oyun barədə də fikirlərini bölüşüb: "Hər iki komanda qol epizodlarından yararlanmağa çalışdı. Hərəyə 2 qol imkanları dəyərləndirildi və yekunda heç-heçə qeydə alındı".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət