Dərc edildi: Baxış sayı: 503
'Keşlə' klubu moldovalı qapıçı ilə müqavilə bağlayıb
"Keşlə" klubu növbəti oyunçu transfer həyata keçirib.
Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qapıçı Stanislav Namaşko ilə müqavilə bağlanılıb. Moldova milli komandasının üzvü 1+1 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, 33 yaşlı Stanislav Namaşko Moldovanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarına dəvət almaqla yanaşı, "Tiraspol" (Moldova), "Şerif" (Moldova), "Kuban" (Rusiya), "Spartak-Nalçik" (Rusiya), "Volqar" (Rusiya), "Dinamo-Avto" (Moldova), AZAL (Azərbaycan), "Levadiakos" (Yunanıstan), "Deçiç" (Montenegro) komandalarında da çıxış edib. Onun son klubu Montenegro "Zeta"sı olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət