Dərc edildi: Baxış sayı: 537
“Keşlə” "Arsenal"la oynayacaq
Yanvarın 12-dən 24-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək Bakının “Keşlə” klubunun yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi hazırlıq çərçivəsində 3 yoxlama matçı keçirəcək.
Bakılılar yanvarın 17-də Almaniyanın “Zvikau” komandası ilə qarşılaşacaq. Beş gün sonrakı rəqib Rusiya “Arsenal”ı olacaq. Ayın 24-də baş tutacaq son görüşdə “Keşlə” Slovakiyanın “Zemplin” komandası ilə görüşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət