Slimfit
  1. CƏMİYYƏT

Kəsiri olan tələbə hansı halda təqaüd ala biləcək?

Kəsiri olan tələbə hansı halda təqaüd ala biləcək?
Sakura

Kəsiri olan tələbə hansı halda təqaüd ala biləcək?

"Əgər yay imtahan sessiyasında tələbənin 3 fəndən kəsiri yaranarsa, ona yenidən imtahan vermək şansı yaradılacaq. Tələbə senytabrın 15-nə kimi təkrar imtahan verməsə, yəni onun üçün yaradılan imkandan istifadə etməsə, o təqaüd ala bilməyəcək". 

Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, sentyabrın 15-nə kimi kəsrlərini ödəyən tələbələr təqaüd almaq üçün müsabiqəyə qatıla biləcəklər: "Əvvəl belə şans verilmirdi. Lakin bu o demək deyil ki, kəsiri ödəyən bütün tələbələr təqaüd alacaq. Təqaüd almaq üçün müəyyən limit var”. 

Y.Ömərov bildirib ki, tələbələr əvvəllər maksimum iki fəndən təkar imtahan verə bilirdilər. Dəyişiklikdən sonra 3 və ya 4 fəndən kəsiri olan tələbələrə də təkrar imtahanda iştirak etmək şansı yaradılıb. 

Onun sözlərinə görə, həmçinin əvvəlki kurslardan da kəsirləri olanlar iki fəndən təkrar imtahan verə biləcək: “Cari ildə yaranan kəsirlərə görə tələbənin ödənişsiz təkrar imtahanlarda iştirak etmək hüququ var. Əgər kimsə imtahana hazır olmadığını hiss edirsə, onların müraciəti əsasında iki-üç həftəlik icmal dəsrləri təşkil edilə bilər. Bunun üçün universitetə müraciət etmək mümkündür”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR