Dərc edildi: Baxış sayı: 570
“Keşikçidağ” qoruğuna yürüş olub
Mədəniyyət Nazirliyi Ağstafa rayon İcra hakimiyyəti ilə birgə “Keşikçidağ” Qoruğuna yürüş təşkil edib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Azvision.az -a verdiyi məlumata görə, tədbir sentyabr ayında məhz “Avropa İrs günləri” çərçivəsində baş verib.
Məlumatda deyilir ki, yürüşün əsas məqsədi bu tarixi mədəni abidənin ortaq Avropa irsimiz olduğunu nümayiş etdirmək və onu qorumaq üçün səylərimizin gücləndiriliməsinə vurğu etməkdən ibarət olub: “Azərbaycan tərəfi Gürcüstan ilə birlikdə hər iki ölkənin sərhədində yerləşən bu kimi abidələrin gələcəkdə həm UNESCO, həm də digər formatlar çərçivəsində azərbaycan və gürcü xalqlarının mədəni dəyərinin nümunəsi kimi və iki xalq arasında tarixi mədəni körpü kimi təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır.
Məlumat üçün bildiririk ki, Nazirlik tərəfindən mütəmadi olaraq həm "Avropa İrs Günləri", həm də “Ümumdünya Abidələrin qorunması” günü çərçivəsində bir çox qoruq və abidələrin ərazisində, xüsusilə də Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və digər qoruq ərazilərində təbliğat və təşviqat tədbirləri həyata keçirilir. Layihə çərçivəsində qoruqlarda “açıq qapı” günü təşkil olunur, mədəni irsimizin qorunmasına həsr olunmuş sərgilər açılır və s. Burada əsas məqsəd abidələrin qorunması, bu məsələdə vətəndaş dövlət həmrəyliyinin gücləndirilməsi, onların tarixi və dəyəri barədə ictimaiyyətin məlumatlandırılmasıdır.
Azərbaycan və gürcü xalqlarının tarixi yaddaşı və mədəni irsi mehriban qonşuluq və dostluq ənənələrinə söykənir və bu əlaqələr bundan sonra da xalqlarımızın birliyi və tarixi-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi naminə yüksək səviyyədə inkişaf edəcəkdir”.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət