Slimfit
  1. MEDİA

Kərimlinin tutulması zamanı “qışqırıqlar...” – Rəcəbli

Kərimlinin tutulması zamanı “qışqırıqlar...” – Rəcəbli
Sakura

Kərimlinin tutulması zamanı “qışqırıqlar...” – Rəcəbli

Polislərin xidmətini xüsusi qeyd etmək istəyirəm. Onlara təşəkkür edirəm, minnətdaram ki, fəallıq göstərdilər.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hadı Rəcəbli YAP-ın İcra Katibliyində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Milli Şuranın 19 oktyabr qanunsuz mitinqi ilə bağlı keçirilən toplantıda səsləndirib.

Deputat bildirib ki, bu mitinqlərin məqsədi asayişi pozmaqdır:

“Hadisələrin gedişi onu göstərdi ki, bu adamların heç bir sağlam fikirləri yoxdur. Onlar 6 iddia irəli sürdülər ki, biz bu iddaların tətbiqini Azərbaycan Prezidentinin öz dilindən eşitmişik. Nəyin davası gedirdi? Lökbatan uzaqdır, orada mitinq keçirmək istəmirlər. Sonra da deyirlər ki, rayonlardan mitinqə gəlmək istəyənlərin qarşısını alıblar, onları avtobuslardan düşürüblər, geri qaytarıblar. Özləri özlərini ifşa edirlər. Rayonda mitinq etmirlər, amma rayonlardan mitinqə gələnlərin olduğunu deyirlər. Maraqlı paradoksdur”.

Hadı Rəcəbli bildirib ki, mitinqdə beş yüz nəfər iştirak edirdisə, mediadan min adam var idi:

“Yəni göstərildi ki, nəyi istəyirsiniz, çəkib göstərin. Əslində Milli Şuranın təşkili ilə mitinq keçirilmədi. Siyasi təşkilatçılıq yox idi. Məişət səviyyəsində narazılığı olan adamlar ordan-burdan gəlib danışırdılar. Polislərin xidmətini isə xüsusi qeyd etmək istəyirəm. Onları söyüb təhqir edirdilər. Məqsəd polisi hövsələdən çıxarmaq idi. Lakin polis göstərdi ki, onlar dövləti müdafiə edirlər, Prezidentin yanındadılar. Belə süni mitinqlərlə bizi aldatmaq olmaz. Əli Kərimlinin tutulması zamanı ətrafdakı qışqırıqlar belə süni idi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR