Kərəm Həsənov: “Daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir”
Müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir.
Əmlak Məsələləri Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, bu barədə Komitə tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə Komitə sədri Kərəm Həsənov bildirib.
O qeyd edib ki, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində operativ fəaliyyət göstərilməlidir. Komitə sədri Milli Məkan Məlumatlarının formalaşdırılması ilə bağlı görülən işlərin sürətlənməsi tapşırığını verib.
K.Həsənov bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir: “Eyni zamanda torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin olunmalı, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil edilməli və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət