Slimfit
  1. AZƏRBAYCAN

Kəpənəklər-təbiətin sirli canlıları

Kəpənəklər-təbiətin sirli canlıları
Sakura

Kəpənəklər-təbiətin sirli canlıları

Zərli qanadları, möhtəşəm naxışları olan kəpənək təbiətin ən sirli canlılarındandır. Onlar həyata tırtıl olaraq gəlir, sonradan kəpənək kimi yaşamağa davam edir. Kəpənəyin elə növləri var ki, cəmi 24 saat, bəzi növləri isə bir-iki ay ömür sürür.

AZƏRTAC xəbər verir ki, araşdırmalara əsasən dünyada təxminən 20 min kəpənək növü var. Bir dəfəyə ən çox 450-500 ədəd yumurta qoyur və onları qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: yumurtaları ifraz etdiyi yapışqan maddə ilə bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur. Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra eyni iplə oraya bağlanırlar. Sonra ifraz etdikləri həmin iplə özlərinə qoza hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış bir tırtıl bu işi 3-4 günə tamamlayır. Həmin müddətdə tırtıl min dəfə fırlanaraq təqribən 900-1500 min metr uzunluğunda bir ip ifraz edir. Proses bitəndən dərhal sonra kəpənək olmaq üçün dəyişməyə hazırlaşır.

Uça bilmək üçün kəpənəklər ideal bədən istiliyinə sahib olmalıdır. Günəşdən bədən istiliklərini artırmaq üçün aldıqları 15-40 dərəcə arası istilik onlar üçün ən ideal temperaturdur. Yeməklərini ayaqlarındakı dad qəbulediciləri ilə tapır.

Dünyada ən böyük kəpənək növü qanadlarının uzunluğu 30 santimetrə çatan nəhəng qanadlı kəpənəklərdir. Afrikada yaşayan yaşıl damarlı Paşa kəpənəyi ən təcavüzkar kəpənək növü hesab olunur. “Ginnesin Rekordlar Kitabı”na görə, dünyanın ən kiçik kəpənək növü ot mavisi kəpənəyidir.

Təbiətdə zəhərli kəpənəklər də var. Kral kəpənəyi zəhərli ipəkotu bitkisi ilə bəsləndiyinə görə kəpənək yeyən quş, kərtənkələ və böcəklər üçün təhlükəli ov kimi tanınır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR