Slimfit
  1. AZƏRBAYCAN

“Kəpənək effekti” və ya rus bölməsi ətrafındakı qalmaqalın səbəbləri

“Kəpənək effekti” və ya rus bölməsi ətrafındakı qalmaqalın səbəbləri
Sakura

“Kəpənək effekti” və ya rus bölməsi ətrafındakı qalmaqalın səbəbləri

Sosial şəbəkələrdə məktəblərdə rus bölməsi ilə bağlı mövzu populyarlıq qazandıqdan sonra bütün rusdilli azərbaycanlılar bu məsələ ətrafında fikirlərini söyləməyi gərəkli sayıblar. 

“Kəpənək effekti” 

Hər şey oğlunu rus bölməsinə göndərə bilməyən valideynlərdən birinin “Facebook”da paylaşdığı statusla başladı. Bu məsələ ölkədə böyük rezonans doğurdu, çünki analoji problemlərlə övladları birinci sinfə gedəcək yüzlərlə valideyn də qarşılaşıb. 

İşə Azərbaycan Təhsil Nazirliyi və deputatlar da qarışdı. Status yazan qadının övladı rus bölməsinə götürüldü. Ancaq ümumilikdə problem aktual olaraq qalıb. 

Kimlərsə rus bölməsini pullu etməyi təklif etdi, bəziləri isə bunun Azərbaycana lazım olmadığını bildirdi. Ancaq fakt faktlığında qalır. Kəpənəyin qanadlarını bir dəfə çalması (bizim vəziyyətdə valideynin statusu) dünyanın o biri başında qasırğaya səbəb oldu (Azərbaycanda rus dili problemi ilə bağlı söz-söhbət Moskvaya qədər gedib çıxıb). 

Əslində, nə baş verir?

Sovet İttifaqı dağıldıqdan sonra rus dili nəyə görə Azərbaycanda əvvəlki kimi əhəmiyyət kəsb edir?

Cənubi Qafqazda ən böyük rus cəmiyyəti Azərbaycandadır. Rəsmi statistikaya görə, Azərbaycanda 120 minə yaxın rus yaşayır. Bununla yanaşı, əhalinin 2/3-si rus dilini bilir. 

Ölkədəki 16 məktəbdə dərslər tamamilə rus dilində keçirilir, 380 məktəbdə isə rus bölməsi var. Rus dili əcnəbi dil kimi Azərbaycandakı bütün məktəblərdə icbari və ya könüllü şəkildə tədris olunur. 

“Rus dilinin intensiv tədrisi” adlı dövlət proqramı da var. 

Kimlərsə düşünür ki, rus dilinə həddən çox diqqət ayrılır. Digərləri isə əksinə, bunu az hesab edir. 

Ancaq reallıq göstərir ki, bu gün Azərbaycanda rus dilinə ehtiyac var. Bütün nəsillərin nümayəndələri bu dildə danışır. Rus dilində olan mətbuat çox yayılıb və məşhurdur. Bunlar 50-dən çox mətbu nəşr və 14 informasiya agentliyidir. 

Bakıda Rus Dram Teatrı çox məşhurdur. Kinoteatrlarda tez-tez rus dilində filmlər səsləndirilir. İş verənlər, əsasən, ingilis və rus dillərini tələb edirlər. 

Və nəhayət, ən aktual problem – internetdə axtarışdır. Ümumdünya hörümçək torunda lazım olan informasiyaların azərbaycan dilində axtarışı rus dilinə nisbətən az keyfiyyətlidir. Bunları müqayisə etmək belə olmaz.

Nəticə

Məhz bu səbəblərə görə, bəzi valideynlər rus bölməsinə üstünlük verirlər. Buna görə də rus bölməsində oxuyan şagirdlərin sayında artım müşahidə olunur. 

Bütün deyilənləri ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, Azərbaycanda rus dilinin aktuallığı üç faktora görə dəstəklənir: Rusiya və digər rusdilli ölkələrlə iqtisadi əlaqə, Rusiyanın mədəni təsiri və sadəcə, ənənə.

Nə desələr də, Azərbaycanda rus bölməsi heç vaxt pullu olmayacaq, əksinə, bütün bunlar ümumtəhsil məktəblərində rus bölməsi siniflərin artırılmasına səbəb ola bilər. 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR