Dərc edildi: Baxış sayı: 1164
Keniyada planetimizdə 12.5 milyon il əvvəl yaşamış ən kiçik meymunun qalıqları tapılıb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Keniyanın elmi jurnalında məlumat verilib. Məlumata əsasən, qalıqlar Keniyanın mərkəzindəki Tuqen təpələrində tapılıb.
Alimlər tapılan skeletin 12.5 milyon il əvvəl yaşadığı ehtimal edilən bir meymun növünə aid olduğu müəyyən ediblər.
3.5 kilo ağırlığı olan qalıqlar planetdəki ən kiçik meymuna məxsus olduğu müəyyən edilib. Alimlər 1960-cı ildən bu bölgədə işlədiklərini və əldə edilən məlumatların gələcəkdəki işlərə işıq tutacağını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət