Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Kənddə müəllim işləyən bakılı qız: “600 manat maaş alıram”

Kənddə müəllim işləyən bakılı qız: “600 manat maaş alıram”
Sakura

Kənddə müəllim işləyən bakılı qız: “600 manat maaş alıram”

Azərbaycanın ucqar kənd məktəblərində dərs deyən gənc müəllimlərdən biri də Nigar Bəşirovadır. 24 yaşlı Nigar Bakıda doğulub boya-başa çatsa da, müəllimlik kariyerasına Qubanın Qəçrəş kənd məktəbində başlayıb. Fərqli mühit, kənd həyatının çətinliklərinə baxmayaraq, o, işinə böyük sevgi ilə yanaşır.
Azvision.az -ın məlumatına görə, 24 yaşlı N.Bəşirova Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında yüksək bal (52) toplayaraq kənd məktəbini seçib. 

O, bu addımını kəndlərdə gənc kadrlara, yeni nəfəslərə daha çox ehtiyac duyulması ilə əsaslandırır: “Ucqar kəndlərdə gənc müəllimlərə daha çox ehtiyac var, çünki onlar getdikləri yerlərə yeni nəfəs gətirirlər. Uşaqların uğurlarında az da olsa pay sahibi olmaq mənə sevinc verir”. 



N.Bəşirova çalışdığı məktəbin adını daşıyan Şahmərdanovlar ailəsinin evində kirayə qalır. “İstər məktəbdə şagirdlərin, istərsə də kənddə insanların bizə qarşı münasibəti yaxşıdır. Pedaqoji fəaliyyətimi burada davam etdirmək niyyətindəyəm. Aldığım məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manata yaxın maaş alıram, 70 manat kirayə haqqı verirəm. Dərsdənkənar şagirdlərin bir neçəsini ali təhsil müəssisəsinə hazırlaşdırıram və nəticələri məni qane edir. Gələcəkdə magistr təhsili almaq istəyirəm”. 





Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR