Dərc edildi: Baxış sayı: 431
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov Mərkəzin direktor müavini təyin edilib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.
Qeyd edək ki, AEİMM-in tərkində 9 institut fəaliyyət göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət