Slimfit
  1. AZƏRBAYCAN

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək
Sakura

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

 Azərbaycan Milli Elmlər Akademiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Sazişinin imzalama mərasimi keçirilib. 

"Report" bu barədə nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə KTN ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Akademik bildirib ki, bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həlli və yüksək peşəkarlığa malik kadr potensialının hazırlanmasına böyük töhfə verəcək. KTN ilə birgə innovativ layihələrin icra olunacağını vurğulayan AMEA rəhbəri qeyd edib ki, bu istiqamətdə elmi-tədqiqat institutlarında istehsalat-təcrübə imkanlarından yararlanmaq üçün geniş şərait yaradılacaq. Bundan başqa, AMEA və KTN-nin təcrübə sahələrində birgə nümunəvi təsərrüfatların yaradılması imkanları da araşdırılacaq.

Daha sonra çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər dövlət başçısının Azərbaycanda qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahədə həyata keçirilən islahatların ilkin təhlili göstərir ki, bu sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən, fermer və kəndlilərimizin mənafeyinə xidmət edən strategiyanın formalaşmasına zərurət var.

Kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin rəqabət qabiliyyətinin yüksəldilməsinin vacib olduğunu deyən nazir vurğulayıb ki, bunun üçün ümumi hədəfə doğru əməkdaşlıq olduqca vacibdir. İnam Kərimov bu səbəbdən imzalayacaq əməkdaşlıq haqqında Niyyət Sazişinə böyük əhəmiyyət verdiyini qeyd edib.

Tədbirdə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman ƏmiraslanovNiyyət Sazişi nəticəsində böyük uğurlar əldə ediləcəyini diqqətə çatdırıb. Akademik bildirib ki, AMEA ilə birgə kənd təsərrüfatı sistemində aqrar elmin təşkili elmi-tədqiqat işlərinin genişlənməsinə kömək edəcək. Əhliman Əmiraslanovhər iki qurumun elmi-tədqiqat müəssisələri elmi araşdırmalarla yanaşı, alınmış elmi nəticələrin praktiki tətbiqini reallaşdıraraq növbəti illərdə ciddi nailiyyətlərə imza atacaqlarına ümidvar olduğunu deyib.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bugünkü tədbiri ölkənin aqrar həyatında əhəmiyyətli addım kimi qiymətləndirib. Akademik qeyd edib ki, AMEA-nın son beş ildə apardığı islahatlar nəticəsində nəinki yerli qurumlar, o cümlədən xarici təşkilatlar da akademiya ilə əməkdaşlığa böyük maraq göstərirlər. Akademik-katib birgə əməkdaşlıq təşəbbüsünün AMEA-nın ötən ilki Ümumi yığıncağında müəyyən edilən prioritetlərdən biri olduğunu vurğulayıb. Alim onu da bildirib ki, hazırda aktual olan kənd təsərrüfatının elektronlaşdırılması istiqamətində aqroinformasiya texnologiyalarının tətbiqi, bu işə biznes qurumları ilə yanaşı, elmi müəssisələrin də cəlb edilməsi, məlumat bazasının yaradılması, kadr potensialının inkişaf etdirilməsi və layihələrin işlənməsi olduqca zəruridir. Akademik Rasim Əliquliyev çıxışında KTN-in nəzdində aqroinformatika institutunun yaradılmasını təklif edib. Bu sahədə mütəxəssisin az olduğunu söyləyən akademik AMEA-nın bu işdə nazirliyə dəstək verə biləcəyini də deyib. Bundan başqa, akademik ölkədə ərzaq təhlükəsizliyinə nail olunması üçün AMEA-nın regionlardakı elmi bölmə və mərkəzləri ilə KTN-in regionlardakı müvafiq təşkilatları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması təklifini irəli sürüb. Bu yöndə birgə islahatların müsbət nəticə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən KTN-in Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev bildirib ki, Niyyət Sazişi tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması məqsədi ilə aqrar elm və istehsalat arasındakı əlaqələrin yenidən qurulmasına, tətbiqi elmi araşdırmaların bazar iqtisadiyyatının tələblərinə müvafiq aparılmasına xidmət edəcək. Məruzəçi vurğulayıb ki, bu əməkdaşlıq nəticəsində təsərrüfat subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə fəaliyyət prioritetləri müəyyənləşdiriləcək.

Tədbirdə həmçinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai, AMEA-nın müxbir üzvləri Bilal Bilalov və İsmayılov çıxış edərək Niyyət Sazişinin müştərək fəaliyyət istiqamətində atılmış uğurlu addım olduğunu, əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini bildiriblər.

Sonda AMEA ilə KTN arasında birgə fəaliyyətə dair Niyyət Sazişi imzalanıb. Sənəddə aidiyyəti məsələlər üzrə fəaliyyətlərin planlaşdırılması, aqrar elmin təşkili və birgə multidissiplinar elmi-tədqiqat işlərinin aparılması, təlim-tədris və innovasiyaların tətbiqi istiqamətində texnologiya transferi, layihə və proqramlarının həyata keçirilməsi, yerli və beynəlxalq qrant müsabiqalərinin təşkili də nəzərdə tutulur.

Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və kənd təsərrüfatı naziri İnam Kərimov imzalayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR