Dərc edildi: Baxış sayı: 391
Kənd təsərrüfatı nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Kənd təsərrüfatı naziri İnam Kərimovun noyabrın 17-də Tərtər rayonunda Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü noyabrın 24-nə keçirilib.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün nazirliyin "Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət