Slimfit
  1. İQTİSADİYYAT

Kənd təsərrüfatı məhsullarının qiyməti artdı: Əvvəl 40 manat, indi isə

Kənd təsərrüfatı məhsullarının qiyməti artdı: Əvvəl 40 manat, indi isə
Sakura

Kənd təsərrüfatı məhsullarının qiyməti artdı: Əvvəl 40 manat, indi isə

Koronavirus pandemiyasının ölkədə yayıldığı vaxtdan sonra meyvə və tərəvəzlərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Satıcılar isə bu qiymət artımına bir neçə səbəb gətirirlər.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Satıcılar bildirir ki, çox adam mal gətirə bilmir, bazarda kasadlıqdır. Ona görə də, qiymətlərdə 15-20 qəpik fərq var: “Yollar bağlı olur, ən çox ona görə bahalıqdır, bir də Azərbaycana məhsul gəlmir. İndi Şəkinin pomidoru baha deyil, kənardan gələnlərdə isə bahalıq var. Kəndlilərin də məhsul gətirə bilməməsi qiymətə bir xeyli təsir edir”.

Səbəblər müxtəlif olsa da, bazarlarda qiymət artımı göz qabağındadır. Bu da, əlbəttə ki, alıcıların cibinə təsir edir. Əhalinin ən çox tələbat duyduğu məhsullardan kartof və soğanın qiyməti kiloqramında 20-60 qəpik civarında bahalaşıb. Bu artım digər tərəvəz məhsullarında da müşahidə olunur.

Qiymətlərin belə qalxması alıcılarda məhsul qıtlığı yaranacağı fikirlərini formalaşdırır. Ancaq aidiyyəti qurum qeyd edir ki, kənd təsərrüfatı ilə bağlı hər hansı bir qıtlıq gözlənilmir. Əksinə, daxili bazarda məhsul bolluğu olacaq.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR