Dərc edildi: Baxış sayı: 365
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün səhər saatlarında Kəpəz rayonunda…
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün səhər saatlarında Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar təcili Gəncəyə gedib.
Azvision.az xəbər verir ki, nazir hadisə yerinə baş çəkib, ona son vəziyyətlə bağlı məlumat verilib. Partlayış baş verən əraziyə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da gəlib.
Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində ölən 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb, bir nəfər isə yaralanıb.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət