Dərc edildi: Baxış sayı: 574
“Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”
“İlkin vaxtlarda su çatışmazlığı var idi. Bunun qarşısını almaq üçün havaya 3 helikopter, 1 təyyarə qaldırdıq. İndi yanğın tam məhdudlaşdırılıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev “EuroHome”dakı yanğın yerində deyib.
O, bildirib ki, indiyə qədər yanğın ərazisinə 150 tona yaxın su tökülüb:
“Hadisə yerinə 40-dan artıq yanğın texnikası, 250-dən artıq canlı qüvvə cəlb olunub, yanğının sahəsi 21 min kv metrdir. Yanğının səbəbləri hazırda araşdırılır. Cənab nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”.
Murad Əhməd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət