Slimfit
  1. MEDİA

Kəlbəcərdən sürgün ediləndə onun 4 yaşı var idi

Kəlbəcərdən sürgün ediləndə onun 4 yaşı var idi
Sakura

Qarabağdan sürgün edilənlər öz torpaqlarına qayıtmaq üçün günləri sayırlar

Ens.az xəbər verir ki, bu sözləri Türkiyədə təhsil alan, Kəlbəcərdə anadan olmuş Buta Bağırova TRT kanalına müsahibəsində bildirib. Buta xanım o günləri belə xatırlayır:

"İnsanların fəryad içində qışdırdıqlarını xatırlayıram. Bunlar həqiqətən bizim üçün psixoloji bir travmadır, uşaqlıqda belə şeylərə şahid olmaq çox ağır idi.

Kəlbəcər üçün günləri sayırdım.

"İnanın ki, o torpaqların hər bir qarışı bizim üçün çox vacib və dəyərlidir. Qələbə xəbərini eşidəndən çox xoşbəxtəm, bircə uçmağa qanadım yoxdur. Kəlbəcər üçün günləri sayırdım, artıq sabah dediyimiz gün yetişir.

İnşaAllah evimiz hələ də durur.

"Evimizi tapmaq, kəndimizi görmək istəyirəm. Gedərkən xalamın evini yandırdılar. İnşaAllah evimiz hələ də durur. Yağışdan sonra torpağın yaxşı qoxusunu düşünün, bir də doğulduğunuz torpağın qoxusunun sizin üçün necə gözəl olduğunu düşünün...".

Doktoranturasını YTB təqaüdü ilə oxuyur.

Buta Bağırova Türkiyədə Xaricdə yaşayan Türklər və qohum Toplumları Başçılığının təqaüdü ilə Türk Dili və Ədəbiyyatı üzrə doktorantura təhsili alır.

Təhsilini bitirdikdən sonra doğma vətəninə qayıtmağı planlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR