Slimfit
  1. HƏRB

Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı

Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı
Sakura

Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Ramiz İsmət oğlu Nəzərovun düşmən tərəfdən odlu silahdan açılmış atəş  nəticəsində yaralanması ilə bağlı cinayət işi açılıb.

“Ens.Az” bildirir ki,bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR