Keçmiş nazirlərə ömürlük maaş veriləcək
Hökümət nazirlərin səfil olmamaları üçün ödəniş edəcək.
Demokratik Konqo Respublikasında hökümət nazirlərə ömür boyu maaş və digər avantajların verilməsini nəzərdə tutan qərarı müdafiə edib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hökümət açıqlamasında bildirib ki, bu maaşlar həmin siyahıya düşəcək məmurları varlı etməyəcək.
Keçmiş nazirlərə ən azı 2 min dollar maaş verilməsini nəzərdə tutan 2 qərarın böyük tənqidlərə səbəb olub.
Demokratik Konqo Respublikasında xalqın çox böyük qismi yoxsulluq içində yaşayır.
Hökümət maaşların nazirlərin qida, yaşama və sağlıq kimi minimum ehtiyaclarını təmin etmək üçün veriləcəyini bildirib.
Xüsusilə hökümətin nazirlərin səfil olmamaları üçün ödəniş edəcəyini vurğulayıb.
Vəzifədən getməyə hazırlaşan baş nazir Bruno Tshibalanın keçən ilin noyabr ayında imzaladığı qərar qısa müddət əvvəl aşkarlanıb.
İlk qərarda keçmiş baş nazirlərə vəzifədəki baş nazirin aldığı maaşın 30%-nin ödənməsi, ildə bir dəfə business class təyyarə bileti və aylıq 5 min dollar yaşama yardımı verilməsini nəzərdə tutur.
İkinci qərarda isə keçmiş nazirlərə vəzifədəki nazirlərin aldığı maaşın 30%-nin ödənməsi, aylıq min dollar yaşayış yardımı və ildə bir dəfə business class təyyarə bileti verilməsi istənilir.
Keçmiş prezident Cozef Kabilanın bir məsləhətçisi qərarların ölkənin sosial iqtisadi vəziyyəti ilə uyğunlaşmadığını deyib.
Ancaq hökümət qərarların sabiqlərə aid olmadığını, sadəcə indiki və gələcəkdəki nazirlərə şamil ediləcəyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət