Slimfit
  1. TARİX

Keçmiş Ağdərə rayonu və Ağdərə şəhərinin tarixindən

Keçmiş Ağdərə rayonu və Ağdərə şəhərinin tarixindən
Sakura

Keçmiş Ağdərə rayonu və Ağdərə şəhəri

Keçmiş Ağdərə rayonu və Ağdərə şəhəri

Keçmiş Ağdərə rayonun ərazisində əvvəl Çiləbörd məlikliyi olmuşdur. Sonra 1593 ci ildə Osmanlı İmperyasının Xaçın sancağının nahiyəsi olmuş Çiləbörd nahiyəsi Qarabağ xanlığı dönəmində Çiləbörd mаhаlı 1840 cı ildə Şuşa qəzasının, Çiləbürd sahəsi olmuşdur. 1869-cu ildə Cavanşir qəzasının Çiləbürd sahəsi olmuşdur.  Ağdərə rayonu 8 avqust 1930-cu ildə Cerabert (Çiləbürt) adı ilə təşkil edilmişdir. Bu rayonun adı  17 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi isə Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub.

13 oktyabr 1992 ci ildə  Azərbaycan hökümətinin qərarı ilə  Ağdərə rayonunu ləğv edilərək ərazisi Ağdərə rayonunun Xatınbəyli, Qazançı, Maniklu, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun;

Çərəktar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosaqomer, Drombon, Çıldıran, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun;

Ağdərə şəhəri, Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verildi.

5 iyul 1992 Ağdərə şəhəri azad edilmişdir. 7 iyul 1993-cü ildə Ermənilər Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdilər.

9 sentyabr 2023 cü ildə başlanan lokal xarakterli antiterror əməliyyatlarının nəticəsində Ağdərə rayonu 24 sentyabr 2023 cü ildə Azərbaycan ordusu tərəfindən azad olunmuşdur.

Ağdərə şəhəri

Keçmiş Ağdərə rayonunun mərkəzi, İndi isə Tərtər raynun bir şəhəri olan Ağdərə şəhərinin adı Tiflisdə 1893-cü ildə nəşr olunmuş Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar , 1910, 1912, 1916 Qafqaz təqvimi” jurnalında Aqdara kəndi olaraq çəkilir.  Ağdərə kəndi 8 avqust 1930-cu ildə təşkil edilmiş Cerabert (Çiləbürt) rayonun mərkəzi olmuşdur. Ağdərə kəndi 29 yanvar 1960-cı ildə şəhər tipli qəsəbə, 28 Avqust 1985-ci ildə şəhər statusu verilib

Mənbə: “Qafqaz təqvimi” jurnalı, 1912-ci il

Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. "Şuşa" nəşriyyatı. Bakı. 2000.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR