Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Keçibuynuzu bəhməzini qatıqla qarışdırıb yeyin – Faydaları inanılmazdır

Keçibuynuzu bəhməzini qatıqla qarışdırıb yeyin – Faydaları inanılmazdır
Sakura

Keçibuynuzu bəhməzini qatıqla qarışdırıb yeyin – Faydaları inanılmazdır

Keçibuynuzu bitkisinin ürək-damar xəstəliklərindən tutmuş həzm sisteminin fəaliyyətinə qədər  bir çox faydaları var. 
 
Medicina.az bildirir ki, onu çiy şəkildə qatıqla qarışdırıb yemək daha faydalı hesab olunur.  
 
Keçibuynuzunun tərkibində yüksək miqdarda lif var. Kalsium, kalium, dəmir və natrium kimi minerallarla zəngin olan bu bitkidə həm də bol miqdarda lif var. Bu xüsusiyyəti sayəsində keçibuynuzunun meyvələri mədə-bağırsaq xəstələri üçün çox əhəmiyyətlidir. 
 
Qadınlar yaşlandıqca sümüklərindən kalsium maddəsinin azalması səbəbindən osteporoz xəstəliyi meydana gəlir. Kalsiumla zəngin olan keçibuynuzu bu zaman qadınlar üçün ən yaxşı dərman hesab edilər bilər. Həmçinin bu bitki uşaqların skeletlərinin düzgün inkişafında da faydalıdır. 
 
Qanda olan xolesterol səviyyəsini normallaşdırmaq üçün 2 ay boyunca 10 qr olmaqla çiy şəkildə keçibuynuzu yemək lazımdır. 
Həmçinin onu su, süd və ya qatıqla qarışdırıb yemək də yaxşı nəticə verir. 
 
Keçibuynuzunda olan suda həll olmayan lif bağırsaq və həzm sisteminin işini qaydaya salaraq qəbizliyin qarşını alır. Bədəndə suyun tutulmasını təmin edən bu bitki bağırsağların peristaltikasını (hərəkətini) artırır. 
 
Bəlğəm gətirici xüsusiyyəti var. Bunun sayəsində öskürəyi kəsir. Xəstə olduğunuz vaxt südün içinə keçibuynuzu tozu qataraq içmək müsbət nəticə verəcək.
 
Keçibuynuzu bəhməzi siqaretin orqanizmə vurduğu zərərləri aradan qaldırır.  Bunun üçün hər səhər ac qarına 1 yemək qaşığı keçibuynuzu bəhməzi içib ağciyərlərinizi təmizləyə bilərsiniz.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR