Dərc edildi: Baxış sayı: 426
Keçən il xarici iqtisadi fəaliyyət iştirakçıların sayı 2 dəfə artıb
Azərbaycan 2019-cu ildə 195 ölkə ilə ticarət əlaqəsi qurub ki, bu da, illik müqayisədə 5,4% çoxdur.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici iqtisadi fəaliyyət iştirakçıların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 77,3% və ya 2 dəfəyə yaxın artaraq 44 554-ə çatıb.
Xarici ticarət iştirakçıları içində fiziki şəxslərin sayı illik müqayisədə 2 dəfədən çox artaraq 35 666-ya, hüquqi şəxslərin sayı isə 20,2% artaraq 8 888-ə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət