Keçəlləşən kişilər üçün çarə - Qəhvə maskaları
Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməsi prosesini 46% sürətləndirir.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla saçların tökülməsinə qarşı qəhvə maskalarının reseptlərini təqdim edir.
1. Qəhvə + yumurta
2. Qəhvə + soğan
1 x.q. təbii qəhvəni 2 x.q. qaynar su ilə dəmləyin, soyudun, 1 x.q. soğan şirəsi və 1 x.q. ayıpəncəsi yağını əlavə edin, qarışdırın. Maskanı 30 dəqiqə saxlayın.
3. Qəhvə + rozmarin efir yağı
1 x.q. qəhvəni 2 x.q. qaynar su ilə dəmləyin, soyudun, 1 x.q. zeytun yağı və 5 damcı rozmarin yağını əlavə edib, yaxşı qarışdırın. 30 dəqiə saxlayın.
Maskaları həftədə 2 dəfə olmaqla 1 ay ərzində istifadə edin. Sonra həftədə 1 dəfə istifadə edə bilərsiniz.
Reseptlərdə istifadə olunan soğan şirəsi və rozmarin yağı da kofeinlə yanaşı saçların tökülməsinə qarşı ən təsirli vasitələr kimi qiymətləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət