Dərc edildi: Baxış sayı: 695
Katibi (?-1650) - Durun, durun sizdən xəbər sorayım
Durun, durun sizdən xəbər sorayım
Aşiqlərin könlü sizdə nə gəzər?
Çünki sanlmağa könlünüz yoxdur
Ağ gərdəndə ciftə bənlər nə gəzər?
İgidlər məclisində qılmclar parlar
Yardımçımız olsun ərənlər, pirlər.
Cümlə mələkləri göydədir-derlər
Ya bir mələk bu yerlərdə nə gəzer?
Yandı ciyərciyim nari-firqətdən
Qadir Mevlam, qurtar məni bu derddən.
Sən heç qorxmazmısan ovçudan, qurddan?
Ya bir ceyran bu dağlarda nə gəzər?
Katibi der: Könlümüzdə yer tuta
Yeyelim, içəlim ömrümüz arta.
İgid olan kimsə izini örte
İzin örtməz igid qarda nə gəzər?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət