Dərc edildi: Baxış sayı: 688
Katibi (?-1650) - Dağlar
Əvvəl baharda açılır
Qönçə-qönçə gülün, dağlar.
Can ilə sərden keçilir
İçildikcə mülün, dağlar.
Araya-araya buldum
Sənə endim, aram qıldım.
Ziyarət etməyə geldim
Məmləkətin, elin dağlar.
Gözüm ulduzlara baxar,
Önümüzdə duman çöker,
Cuşi-xuruş edib axar
Bozbulamq selin dağlar.
Qönçədir güllerin, solmaz,
Yanndan aynlan gülməz,
Katibi der: tebir olmaz,
Açılmaz sünbülün dağlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət