Slimfit
  1. MARAQLI

Kathrine Switzer: Kişi hegemonluğuna son qoyan llk marafonçu qadın

Kathrine Switzer: Kişi hegemonluğuna son qoyan llk marafonçu qadın
Sakura

Kathrine Switzer: Kişi hegemonluğuna son qoyan llk marafonçu qadın

1947-ci il yanvarın 5-də Amerikada doğulan Kathrine Switzer yazıçı, TV şərhçisi və marafon qaçışçısıdır. Burada diqqət çəkən məqam isə Kathrinenin Boston Marafonuna qatılan ilk qadın yarışçı olması və əzmli həyat hekayəsidir.

KATHRİNE SWİTZERƏ QƏDƏR 70 İL BOYUNCA MARAFONDA ANCAQ  KİŞİLƏR YARIŞMIŞDI

1967-ci ildə Boston Marafonuna qatılaraq, marafona qatılan ilk qadın atlet oldu. Qadınların iştirakının qadağan olması ilə bağlı heç bir qayda olmasa da, 70 il marafonda ancaq kişilər yarışmışdı və o günə kimi qaçan heç bir qadın atlet olmamışdı.

Kathrine Switzer, Boston Marafonunda cinsiyyətini bildirmədən “Switzer” adıyla qeydiyyatdan keçmişdi. Heç cinsiyyətini soruşan da olmamışdı. O, 1967-ci il 19 apreldə yarışçıların təəccüblü baxışları qarşısında, 261 sinə nömrəsi ilə marafonda öz yerini aldı və səlahiyyətli şəxslərin də diqqətini çəkmədən yarış başladı.

YARIŞ ƏSNASINDA  İLLƏRLƏ YADDAŞLARDAN SİLİNMƏYƏCƏK O FOTOLAR ORTAYA ÇIXDI.

Kameralar qarşısında bir anda yola çıxan Jack Semple,  Kathrinenin qolundan tutaraq “Rədd ol yarışdan və cəld nömrəni ver.” dedi. Kobudcasına qadın atleti yarışdan uzaqlaşdırdı. Kathrine qorxsa da qaçmağa davam etdi. Sonra heç bir marafon təcrübəsi olmayan ancaq Kathrini tək qoymaq istəməyən sevgilisi, 390 nömrəli Thomas Miller, Jack Semplei uzaqlaşdırdı və bütün bunlar media önündə baş verdi. Beləliklə, illər boyu yaddaşlardan  silinməyəcək şəkillər ortaya çıxdı.

Kathrine dayanmadı və qaçmağa davam etdi. Çünki qadınların da qaça bildiyini hər kəsə sübut etmək istəyirdi və qaçışı 4 saat 20 dəqiqədə tamamlamağı bacardı.

5 il sonra qadınların da yarışlara qatıla biləcəyi qərarı alındı. Hətta bu addım, 1984-cü ildə qadın marafonunun  olimpiyada proqramına daxil edilməsinə qədər gedib çıxdı.

İlk yarışda ona mane olmağa çalışan təşkilatçı Jack  Semple ilə birlikdə 1973-cü ildə şəkil çəkdirdilər.  Belə nəticəyə gəlmək olar ki, Jack Semple  öz səhvini başa düşmüşdü.

Kathrine Switzer qaçışın 50 illik yubileyinə özəl reportajda hisslərini belə dilə gətirdi:

“Mən yarışlarda böyüdüm. Boston Marafonuna gənc qız olaraq başladım, yol boyunca böyüdüm, sona çatdığımda isə artıq yetkin bir qadın idim. Təxmini olaraq 32 km olan bu qaçışı bitirdikdən sonra daha yaxşı bir idmançı olmaq üçün çalışmağa başladım. Başqa qadın idmançılara da mənim yaşadığım hissləri yaşamaqları üçün qabaqcıl olmağa qərar verdim. Finişi keçdiyim zaman isə “Bacardım” demək yerinə “Bir həyat planım var!” demişdim.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR