Dərc edildi: Baxış sayı: 818
Kasıb paltaryuyan universitetə 150 min dollar vəsiyyət etdi
Dəyərli müəllimim professor Şahlar Əsgərov mühazirələrinin birində ictimai və şəxsi mənafe barədə olduqca maraqlı fikirlər səsləndirdi.
Qeydiyyat dəftərimdən bununla bağlı maraqlı bir material tapdım. Və dostlarla bölüşməyi qərara aldım:
“1999-cu ildə "New York Times" qəzeti Missisipidəki Xattisberqdə ömürboyu paltaryuyan işləmiş, 91 yaşında dünyasını dəyişmiş Oseole Makkartinin nekroloqunu dərc etmişdir. Xanım Makkartinin yaşadığı sadə birotaqlı mənzildə yalnız bir kanalı göstərən ağ-qara televizordan başqa heç nə yox imiş. Lakin bu, onun kasıb olmasına dəlalət etmirdi. O, ölümünə 4 il qalmış heç vaxt təhsil almadığı Cənubi Missisipi universitetinə 150.000 dollar hədiyyə etmişdir. Pul aztəminatlı tələbələrin təqaüdünə sərf olunur".
Bu qadın qazandığı pulu dəbdəbəli ev qurmağa və rəngli televizora da xərcləyə bilərdi. Göründüyü kimi bunları etməmişdir, topladığı pulu qənaət etməklə özgəsinə xərcləməyi daha faydalı saymışdır.
Mənbə: Moderator.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət