Slimfit
  1. İDMAN

Karlsen dördüncü dəfə "Shamkir Chess 2019"un qalibi oldu

Karlsen dördüncü dəfə "Shamkir Chess 2019"un qalibi oldu
Sakura

Karlsen dördüncü dəfə "Shamkir Chess 2019"un qalibi oldu

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.

Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.

Hazırda Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin), Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) və Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir. Turnirə aprelin 9-da yekun vurulacaq.

Qeyd edək ki, Maqnus Karlsen daha öncə 2014, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR