Slimfit
  1. TEXNOLOGİYA

Kardiostimulyator enerjini ürəkdöyünmədən toplayacaq

Kardiostimulyator enerjini ürəkdöyünmədən toplayacaq
Sakura

Çin alimləri ürəkdöyünmənin təbii enerjisi vasitəsilə kardiostimulyatoru enerji ilə doldurmaq üçün kompleks…

Çin alimləri ürəkdöyünmənin təbii enerjisi vasitəsilə kardiostimulyatoru enerji ilə doldurmaq üçün kompleks metod hazırlayıblar.

ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, kardiostimulyator ürəyin normal ritminin bərpası və ürək-damar xəstəliklərinin müalicəsi üçün dərialtı implantasiya edilən ən geniş yayılmış elektron tibbi cihazlardandır. Lakin ona quraşdırılan batareyanın istismar müddəti məhduddur və cərrahi müdaxilə vasitəsilə hər 5-12 ildə əvəzolunmanı tələb edir.  

Şanxay Universitetinin alimləri isə kənar enerji mənbəyi olmadan ürəkdöyünmənin təbii enerjisindən enerji toplayan tam işlək kardiostimulyator ərsəyə gətiriblər.

Kardiostimulyator üçün enerji generatoru elastik karkasdan və qurğu üçün lazım olan həcmdə elektrik enerjisi hasil edən iki pyezoelektrik kompozitdən ibarətdir. Yeni qurğunun donuzlar üzərində uğurlu sınaqları keçirilib.

Tədqiqat avtonom enerji mənbəyinə malik kardiostimulyatorun yaradılması və pyezoelektrik akkumulyasiya texnologiyaları vasitəsilə implantasiya edilən tibbi cihazların enerji ilə təchiz edilməsi üçün problemin həlli üzrə mühüm addımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR