Dərc edildi: Baxış sayı: 531
:0
Karateçilərimiz Gülüstanda 10 medal qazandı
İranın Gülüstan şəhərində keçirilən “Qolestan Kap” beynəlxalq turnirində Azərbaycan karateçiləri uğurla çıxış ediblər.
Axar.az xəbər verir ki, “Qaraqaplan” klubunun məşqçisi Orxan Şabanovun rəhbərliyi altında mübarizə aparan komandamız 10 medal qazanıb. Belə ki, müxtəlif yaş qruplarında Tural Ələkbərli (67 kq) və Ümid Əsgərov (30 kq) qızıl, Nicat Kərimli (57 kq), Nihat Kərimzadə (55 kq), İsfəndiyar Novruzov (30 kq), Yavərbəy Abdullayev (+70 kq) gümüş, Vahid Həsənov (35 kq), İkram Babayev (55 kq), Mircəlal Ələsgərov (60 kq) və Aydın Fərzəli (52 kq) bürünc medal qazanıblar.
Yarışda 6 ölkədən idmançılar mübarizə aparıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət