Slimfit
  1. İDMAN

Karateçilərimiz 21 medal qazanıb

Karateçilərimiz 21 medal qazanıb
Sakura

Karateçilərimiz 21 medal qazanıb

İstanbulda beynəlxalq "Bosphorus Cup" turunirində iştirak edən Azərbaycan karateçiləri ənənəvi yarışı 21 medalla başa vurublar. Mükafatlardan beşi qızıl, bir o qədəri gümüş, on biri isə bürüncdür.
Azərbaycan Milli Karate Federasiyasından Azvision.az -a verilən məlumata görə, milli komandanın məşqçiləri Şahin Xudaverdiyev (kumite) və Anar Əhmədovun (kata) rəhbərliyi ilə tatamiyə çıxan idmançılarımızdan qızıl medalları Rafael Məmmədov (52-60 yaşlı veteranlar, kata), Samir Məmmədov (-75 kq), Mədinə Sadıqova (21 yaşadək gənclər, -60 kq), Eldar Əhmədov və Sahib Əhədov (para-karate), gümüş mükafatları isə Qəşəm İskəndərov (-75 kq), Novruz Əliyev (-84 kq), Elvin Ağayev (+84 kq), Fərid Savadov (16-17 yaşlı gənclər, -55 kq), Soltan Allahquliyev (13 yaşlı uşaqlar, -45 kq) və Ülvi Zeynalov (para-karate) qazanıb.

Məhəmməd İsmayılov (-67 kq), Fərid Şahbazlı (-75 kq), Ceyhun İsmayılov (kata), Renata Ərəbli (-61 kq), Kəmalə Hüseynova (+68 kq), Qəşəm İsgkəndərov (21 yaşadək gənclər, -78 kq), Xəyal Məmmədov və Ceyhun İsmayılov (21 yaşadək gənclər, kata), həmçinin İnci Əzizova (21 yaşadək gənclər, -60 kq) və Adil Əlyar (para-karate) yarışı üçüncü pillədə başa vurub.

Ümumi hesabda milli komandanın və müxtəlif klubların üzvlərindən ibarət Azərbaycan karateçiləri Türkiyəli idmançılardan sonra ikinci nəticə göstəriblər. Beynəlxalq turnirdə 25 ölkədən 1316 idmançı iştirak edib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR