Slimfit
  1. İDMAN

Karate üzrə Azərbaycan yığması Avropa çempionatında ilk medalını qazanıb

Karate üzrə Azərbaycan yığması Avropa çempionatında ilk medalını qazanıb
Sakura

Karate üzrə Azərbaycan yığması Avropa çempionatında ilk medalını qazanıb

Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Report”un məlumatına görə, 27 yaşlı idmançı “bürünc” görüşündə ukraynalı Rizvan Talıbovu 7:5 hesabı ilə üstələyib. Bu, Azərbaycan karateçilərinin Avropa çempionatında ilk medalı olub.

Qeyd edək ki, Avropa çempionatında iştirak edən Rafael Ağayev (75 kq) finala çıxıb. O, bu gün keçiriləcək həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək. Həmçinin Nuranə Əliyeva (50 kq) və kata növündə Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq. Sahib Əhədov isə para-karateçilərin yarışında finala vəsiqə qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR