Karantinə alınmış kruiz gəmisində koronavirusa yoluxanların sayı 60-ı keçdi
Bu barədə TASS Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinə istinadla məlumat verib.
Fevralın 7-nə olan məlumata görə, koronavirus Yaponiya, ABŞ, Avstraliya, Kanada və Argentina vətəndaşlarında müəyyən olunub.
Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Onların hər biri 14 gün müddətində kayutlarında karantində qalacaqlar.
Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra “Diamond Princess” Yaponiya sahillərində lövbər atıb. Ötən gün 20 nəfərdə diaqnoz təsdiqlənmişdi.
Son məlumatlara görə, Çinin Hubey vilayətində yeni növ koronavirusdan ölənlərin sayı 618 nəfərə çatıb. Daha əvvəl Hubeydə koronavirusdan 549 nəfərin vəfat etdiyi bildirilirdi.
Məlumata əsasən, vilayətdə virusa yoluxanların sayı 22 112 nəfər təşkil edib. Bundan əlavə, 817 nəfər bu xəstəlikdən tamamilə sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət