Slimfit
  1. CƏMİYYƏT

Karantindən sonra sinif otaqlarında neçə şagird olmalıdır? - Partalararası 2 metr məsafə tələbi

Karantindən sonra sinif otaqlarında neçə şagird olmalıdır? - Partalararası 2 metr məsafə tələbi
Sakura

Karantindən sonra sinif otaqlarında neçə şagird olmalıdır? - Partalararası 2 metr məsafə tələbi

Danimarkada ibtidai siniflərin və uşaq bağçalarının açılması barədə qərar qəbul edilib.

Açılışdan sonra təhsil müəssisələrinə siniflərdəki partalar arasında 2 metr məsafənin saxlanılması və tənəffüslərin növbəli olaraq kiçik qruplar üçün  təşkil edilməsi tələbi qoyulub.

Bu qaydalara riayət etmək üçün bir çox məktəb dərsləri açıq havada keçməyə qərar verib.

Bütün bunlarla yanaşı məktəblərdə gigiyenik tələblərə (gigiyenik protokol) riayət etmək üçün uşaqlar gün ərzində bir neçə dəfə əllərini yumalıdırlar.

Azərbaycan ümumi təhsil məktəblərində sinif otaqlarının sahəsi əsasən 36m² və 48m² təşkil edir.

Təhsil Nazirliyinin 2014-cü ildən təşkil etdiyi 39 məktəbdə 183 “Sağlam Təhsil” siniflərində hər şagirdə minimum 2m² sahə müəyyən edilib.

36 m² sinifdə maksimum 18 şagird və 48 m² sinifdə isə maksimum 24 şagird olmalıdır.

Həmçinin qeyd edək ki, “Sağlam Təhsil” siniflərində şagirdlər üçün əlüzyuyanlar da quraşdırılmışdır və dərslərin təşkili üçün "gigiyenik protokol" tədbiq olunur.

Partalar arasında 2 m² məsafə saxlanıldıqda hər şagirdə 4 m² sahə düşür.

Buna görə 36 m² sinifdə maksimum 9 şagird, 48 m² sinifdə isə maksimum 12 şagird olmalıdır.

Mənbə: azedu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR