Slimfit
  1. CƏMİYYƏT

Karantin rejiminin uzadılması zərurətdir - Deputat

Karantin rejiminin uzadılması zərurətdir - Deputat
Sakura

Karantin rejiminin uzadılması zərurətdir - Deputat

Koronavirus pandemiyası başladığı ilk gündən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün lazımi addımlar atıldı, dövlətin bütün imkanları insanlarımızını sağlamlığının qorunması istiqamətində səfərbər olundu.

Ens.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri vurğulayıb ki, qısa müddət ərzində koronavirus xəstələrinin müalicəsi məqsədilə səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların, o cümlədən modul tipli xəstəxanaların açılması və tibb müəssisələrinin virusla mübarizə üçün lazım olan müasir tibbi cihazlarla təchizatının tam təmin edilməsi istiqamətində çevik zəruri tədbirlər həyata keçirildi:

"Görülən sistemli və genişmiqyaslı tədbirlər, o cümlədən vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Bu müsbət dinamikanın əldə olunması nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olub.

Bu gün qarşıda duran mühüm vəzifələrdən biri də əldə olunmuş uğurun qorunub saxlanması və əhalinin sağlamlığının həm müdafiəsi, həm də möhkəmləndirilməsidir. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir.

Çox təəssüf ki, dünyada virusa yoluxmaların yenidən çoxalması müşahidə edilir. Beynəlxalq təcrübənin təhlili göstərir ki, yumşaldılma zamanı tibbi tövsiyələrə ciddi əməl edilməyəndə virus yenidən alovlana bilər. Hətta koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olmuşlar.

Bu baxımdan diqqətli və məsuliyyətli olmalıyıq. Yoluxma hallarının artmasına yol verilməməsi üçün karantin rejiminin sanitar-epidemioloji şəraitə uyğun olaraq tətbiqi həyati zərurətdir. Çünki COVİD-19-la mübarizədə üç məsələ mühüm əhəmiyyət kəsb edir: 1) elmi və tibbi cəhətdən əsaslandırılmış tövsiyələrin hazırlanması, 2) sağlamlığın qorunması üçün əlavə tədbirlərin həyata keçirilməsi (sanitar-gigiyenik norma və qaydalara əməl edilməsi), 3) insanların pandemiya şəraitinə uyğun yeni davranış tərzinin təşəkkülü.

Birinci və ikinci məsələnin həlli istiqamətində hökümət tərəfindən lazımi işlər görülmüş və müsbət nəticələr əldə edilmişdir. Müşahidələrimiz və aparılan sosial-psixoloji tədqiqatların nəticələri deməyə əsas verir ki, maarifləndirmə, yeni qaydalar əhalidə yeni davranış tərzinin formalaşmasını təmin edir. Əhalinin böyük hissəsi artıq yeni şəraitə uyğunlaşır və bunu həyat tərzi kimi qəbul edir. Ona görə də mərhələli şəkildə iqtisadi və sosial sahədə əhalinin əmək fəaliyyətinin bərpası mümükündür.

Eyni zamanda unutmamalıyıq ki, dünyada koronavirusa qarşı tam təsdiq olunmuş peyvənd və ya dərman peraparatı tapılmayıb. Ona görə də hələlik virusun diqtə etdiyi şərtlər altında yaşamağa məcburuq. Vətəndaşlar COVİD-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı və səbrli olmalıdır. Maksimum özümümzü və başqalarını qorumağa davam etməliyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR