Slimfit
  1. AZƏRBAYCAN

Karantin rejimi ilə əlaqədar xüsusi ekspress avtobus xətləri təşkil edilir

Karantin rejimi ilə əlaqədar xüsusi ekspress avtobus xətləri təşkil edilir
Sakura

Karantin rejimi ilə əlaqədar xüsusi ekspress avtobus xətləri təşkil edilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir. 

M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobusların yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq. 

M1 – xətti: 20 Yanvar m/st. - 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) - Azadlıq pr. m/st. - Gənclik m/st  - N.Nərimanov m/st. -  Koroğlu m/st.- Q.Qarayev m/st.- Neftçilər m/st. - Xalqlar Dostluğu m/st. - Əhmədli m/st - H.Aslanov m/st. (ümumilikdə 11 m/st.) 

M2 – xətti: 20 Yanvar m/st. - İnşaatçılar m/st. - Elmlər Ak. m/st - Nizami m/st.- İçərişəhər m/st. - Sahil m/st. - 28 May m/st. - Gənclik m/st. - N.Nərimanov m/st. -  Koroğlu m/st. - Q.Qarayev m/st. -  Neftçilər m/st. -  Xalqlar Dostluğu m/st. - Əhmədli m/st - H.Aslanov m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 azn müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”-la olacaq. 

Eyni zamanda bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir.  

Sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Həmçinin zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR