Slimfit
  1. CƏMİYYƏT

Karantin qaydalarını pozaraq Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülər saxlanıldı

Karantin qaydalarını pozaraq Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülər saxlanıldı
Sakura

Karantin qaydalarını pozaraq Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülər saxlanıldı

Polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar. 

Profilaktik tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Yoxlamalar nəticəsində taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbir görülüb. 

Tədbir zamanı həmçinin Sumqayıt şəhərindən Bakıya xırdatutumlu mikroavtobuslar vasitəsi ilə sərnişindaşıma ilə məşğul olan sürücülər də tibbi maskadan istifadə etmədikləri üçün saxlanılıblar. Araşdırma zamanı həmin sürücülərin ümumiyyətlə sərnişindaşıma üçün müvafiq sənədlərinin olmadığı müəyyən edilib. Bu sürücülər barəsində qanuni tədbir görülməsi üçün onların sənədləri  Dövlət  Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarına təqdim edilib.

Tədbir zamanı Sumqayıt şəhərində qapalı məkanlar, iri ticarət mərkəzləri və digər ictimai iaşə obyektlərində də sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Aparılan yoxlamalar zamanı şəhər ərazisində yerləşən iri marketlərdən birində sanitar-gigeyenik qaydalara əməl olunmadığı, yəni müştərilərin obyektə daxil olan zaman onların hərarətinin ölçülmədiyi və əllərinin də dezinfeksiya olunmadığı aşkar edilib. Həmin obyekt barəsində polislər tərəfindən inzibati qaydada tədbir görülüb. 

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq polis əməkdaşları tərəfindən həyata keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR