Karantin qaydalarını pozan Təhsil Şöbəsinin müdiri cəzalandırıldı
Göyçay Rayon Təhsil Şöbəsinin müdirinə xüsusi karantin rejimi qaydalarını pozduğuna görə
şiddətli töhmət verilib.
Ens.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 10-da saat 12:00 radələrində Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğlu ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq verilən qərar və əmrlərə laqeyd yanaşıb. O, Təhsil nazirinin 01 iyun 2020-ci il tarixli, F-273 nömrəli əmri ilə müəyyən edilmiş hər bir qurum üzrə struktur bölmələrin əməkdaşlarının məhdud sayda işə cəlb olunması tələbəni aşkar şəkildə pozaraq təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərlərinin və şöbə əməkdaşlarının iştirakı ilə iclas təşkil etmişdir.
Qeyd edilənləri və Elnur İsmayılov barəsində tətbiq edilən sonuncu intizam tənbehindən (02.06.2020-ci il tarixli, 497 nömrəli əmr) nəticə çıxarmadığını nəzərə alaraq, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğluna Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət