Slimfit
  1. CƏMİYYƏT

Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... Açıqlama

Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... Açıqlama
Sakura

Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... Açıqlama

“Karantin dövründə vətəndaşlar smart-kartların itirilməsi və zədələnməsi ilə bağlı həm yaşadıqları rayonun sukanal idarəsinə, həm də ASAN mərkəzlərinə müraciət edə bilərlər”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlama verib. 

O qeyd edib ki, karantin müddətində bütün rayonların sukanal idarələrində, eləcə də 1 saylı ASAN Kommunal və 5 saylı ASAN xidmət mərkəzlərində vətəndaşlara xidmət göstərilir:

“Sukanal idarələrində saat 09:00-dan 18:00-a, ASAN mərkəzlərində isə saat 09:00-dan 12:00-a kimi xidmət göstərilir. Smart-kartın itirilməsi, zədələnməsi kimi həlli vacib xidmətlərlə bağlı abonentlərin problemləri qısa zamanda həll olunacaq. Eyni zamanda, smart-kart tipli sayğacların koda düşməsi problemi yaranarsa, abonentlər “Azərsu”nun “955” çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.

İlkin olaraq, mərkəzdən köməklik göstəriləcək. Əgər servis işçisinin müdaxiləsinə ehtiyac yaranarsa, növbəli rejimdə fəaliyyət göstərən metroloqlarımız ünvanlara yaxınlaşaraq, abonentə yardım edəcəklər”. 

Qeyd edək ki, vətəndaşlar “Azərsu” ASC-yə “WhatsApp”, “Skype” üzərindən, eləcə də cəmiyyətin təqdim etdiyi 18 növ elektron xidmətlər vasitəsilə də müraciət edə bilərlər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR