Dərc edildi: Baxış sayı: 508
“Karantin günlərində uşaqlarınıza müharibə tarixindən danışın”
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin valideynlərə məsləhət görüb ki, özünütəcrid günlərində evdə uşaqlara İkinci Dünya Müharibəsinin tarixindən danışsınlar.
S.Narışkin xalqın tarixi barədə məlumatlı olmağın mühüm olduğunu qeyd edib.
REN TV xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı məxsusi olaraq valideynlərə və müəllimlərə müraciət edib:
“Uşaqlarınıza ailənizin tarixi barədə danışın. Onlara İkinci Dünya Müharibəsi zamanı arxa və ön cəbhələrdə döyüşən ulu babalarının fotolarını göstərin. Maraqlı kitablar oxuyun, filmlərə baxın”.
S.Narışkin müharibə dövrü ilə bugünkü çətinliklərin müqayisəyəgəlməz olduğunu vurğulayıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət