Slimfit
  1. CƏMİYYƏT

Karantin cərimələri ləğv ediləcək? - AÇIQLAMA

Karantin cərimələri ləğv ediləcək? - AÇIQLAMA
Sakura

Karantin cərimələri ləğv ediləcək? - AÇIQLAMA

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər".

Ens.Az-ın məlumatına əsasən,bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:

"Yoxsa, bu cərimələr həmin insanların adında qalacaq və hara da getsələr onlarla bağlı araşdırma aparan zaman sistemdə görünəcək. Yaxud da ayrı-ayrı fərdlər müraciət edib hüquq-mühafizə orqanlarından xahiş edə bilərlər ki, adlarında olan cəriməni ləvğ etsinlər. Tələb edə bilməzlər, çünkü onlar üçün bu müddət bitib. Gərək həmin vaxtlar bununla bağlı məhkəməyə şikayət edəydilər. Onu da etməyiblər. Hazırda onların üzərində bu cərimələr varsa, qanun üçün fərqi yoxdur, yəni bu karantinə, yaxud maska taxmamağa görə olub ya yox".

Əkrəm Həsənov qeyd edib ki, cəriməni tətbiq edən qurumun onu ləvğ etməsi inandırıcı deyil:

"Nəyə əsasən? Birini ləvğ edəcək, bəs o biriləri? Ona görə də bu dövlət səviyyəsində həll olunmalıdır".

Qeyd edək ki, Azərbaycanda 2020-ci ildən pandemiya ilə əlaqədar karantin qaydaları tətbiq edilib. Bu qaydalara əməl etməyənlərə hüquq-mühafizə orqanları tərəfindən müvafiq cərimələr tətbiq edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR