Slimfit
  1. AZƏRBAYCAN

Kapitalbankdan şəhidlərin “qanpulu” ilə bağlı narazılığa reaksiya – “Anlaşılmazlıq olub”

Kapitalbankdan şəhidlərin “qanpulu” ilə bağlı narazılığa reaksiya – “Anlaşılmazlıq olub”
Sakura

Kapitalbankdan şəhidlərin “qanpulu” ilə bağlı narazılığa reaksiya – “Anlaşılmazlıq olub”

Dünən xəbər vermişdik ki, Kapitalbankda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə şəhid ailələrinə ayrılan 11.000 manat birdəflik yardımı almaq məqsədi ilə sözügedən bankda açılan hesab nömrəsi haqqında arayış üçün 10 manat tutulur.

Eyni zamanda, şəhid ailələrinə bildirmişdilər ki, 11.000 manatdan da 1 faiz, yəni 110 manat bank xidməti haqqı tutulacaq. 

Bu gün Kapitalbankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov  QAZİLER.AZ redaksiya ilə əlaqə saxlayıb. Və baş verənlərə aydınlıq gətirib: “Əslində burada bir anlaşılmazlıq var. Çünki hesab nömrəsi bütün müştərilərimiz üçün pulsuz açılır, arayışlar üçün isə on manat ödəniş olur. Lakin şəhid ailələri üçün bu arayışlar da tam ödənişsizdir. Eyni zamanda, on bir min manatdan da heç bir xidmət haqqı tutulmayacaq. Bu barədə Kapitalbankın daxili təlimatı da var. Hansı şəhid ailəsi üzvü Kapitalbanka arayış üçün on manat ödəyibsə, birinci gündən filiallarımıza yaxınlaşaraq həmin çekləri təqdim edərək vəsaiti geri ala bilərlər. Ümumiyyətlə, Kapitalbank şəhid ailələrinə, Qarabağ qazilərinə həmişə diqqət və qayğı ilə yanaşıb. Bundan sonra da belə olacaq. Baş vermiş anlaşılmazlıqdan, sadəcə, təəssüflənirik!”, deyə o, bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR