Slimfit
  1. İQTİSADİYYAT

'Kapital Bank' səhmdarlarına əlavə dividend ödəməyə qərar verib

'Kapital Bank' səhmdarlarına əlavə dividend ödəməyə qərar verib
Sakura

'Kapital Bank' səhmdarlarına əlavə dividend ödəməyə qərar verib

Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Ens.az “Report”-a istinadən xəbər verir ki, yığıncaq Bankın baş ofisinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olub.

Yığıncaqda səhmdarlara əlavə dividend ödənilməsinə qərar verilib. Dividendin məbləği hər səhm üçün 3,24 manat təşkil edəcək. Ödəniş 5 ay ərzində (iyun, iyul, avqust, sentyabr və oktyabr aylarında) həyata keçiriləcək.

Xatırladaq ki, "Kapital Bank"ın səhmdarlarının aprelin 1-nə keçirilmiş yığıncağında Bankın 2019-cu ildəki xalis mənfəətinin təxminən 60%-i qədər (dövriyyədə olan 12,39 manat nominal dəyərə malik 18 228 410 ədəd adi və imtiyazlı səhmin hər birinə 4,6 manat) dividend ödənilməsinə qərar verilmişdi. Mənfəətin qalan hissəsi isə koranavirus (COVID-19) pandemiyasının mümkün mənfi təsirləri üçün ehtiyat kimi saxlanılmışdı. Beləliklə, 1 səhm üçün dividendin məbləği 7,84 manata çatdırılıb.

“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 86,6%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 8,9%-i "PAŞA Sığorta" ASC-yə, 4,4%-i "PAŞA Həyat Sığorta" ASC-yə, 0,1%-i isə fiziki şəxslərə məxsusdur. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR