Slimfit
  1. İQTİSADİYYAT

"Kapital Bank" nizamnamə kapitalını artırır

"Kapital Bank" nizamnamə kapitalını artırır
Sakura

"Kapital Bank" nizamnamə kapitalını artırır

"Kapital Bank" ASC nizamnamə kapitalını 20 milyon manat və yaxud 8,85% artıraraq 225,85 milyon manatdan 245,85 milyon manata çatdırmağı planlaşdırır.

Ens.az "Report"-a istinadən xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd yeni imtiyazlı, faizli, adlı səhm buraxılacaq.

Bununla da, Bankın dövriyyədə olan, illik 15% gəlirliliyə malik imtiyazlı səhmlərinin sayı 50% artaraq 3 228 410-dan 4 842 615-a çatacaq.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə 1 həftə müddətində "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək. Bunun ilk 2 günündə mövcud səhmdarlara ("PAŞA Holdinq" MMC, "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lər, fiziki şəxslər) üstünlük hüququ tanınacaq.

“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR