Dərc edildi: Baxış sayı: 581
Kanadada minlərlə insan daşqınlara görə evlərini tərk edib
Kanadanın Albert əyalətinin Fort-Makmyurrey şəhərində çayların daşmasına görə 12 min sakin öz evlərini tərk etməyə məcbur olublar.
Bu barədə “Report” CBC telekanalına istinadən xəbər verir.
Məlumata görə, daşqınlar bazar günü – aprelin 26-da güclənib. Həmin vaxt Atabaska və Kliruoter çaylarında suyun səviyyəsi kəskin yüksəlib.
Fövqəladə Vəziyyətlər üzrə yerli idarənin başçısı Skott Devis bildirib ki, bazar ertəsi - 27 apreldə, 200-dən çox xilasetmə əməliyyatı keçirilib.
"Mənim bildiyimə görə, bu, son 100 il ərzində regionda bu ən güclü daşqındır", - Devis vurğulayıb.
Fort-Makmyurrey şəhərinin əhalisi təxminən 66,5 min nəfərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət