Kanadada Hicablı müəllimlərə sərt xəbərdarlıq
Kanadanın Montreal şəhərində iki müsəlman qadın müəllim hicablı olduğuna görə işsiz qalıb.
Publika.az xəbər verir ki, Quebek əyalətində çıxan qanuna görə, ictimai qurum və təşkilatlarda işləyənlərin dini simvollardan istifadəsinə qadağa qoyulub.
Kanada tarixinin ən müzakirəli qanunu
Montreal Müəllimlər İttifaqının sədri Ketrin Biuveys St Pyer mətbuata verdiyi açıqlamada bildirib ki, iki hicablı qadın müəllimə Məktəb Təşkilatları tərəfindən “ya başınızı açın, ya da işə gəlməyin” şərti qoyulub. Hər iki qadın başlarını açmaqdan imtina edib. Buna görə də yeni tədris ilində işləyə bilməyəcəklər.
Qanun özəl məktəblərə aid edilmir.
Qanun qanundur
Quebek əyalətinin təhsil naziri Yan François Roberg verdiyi açıqlamada bunun bir sürpriz olmadığını dilə gətirib. “Qanun qanundur. Bunu tətbiq edəcəyik. Hər məktəb təşkilatının qanunu tətbiq etmək öhdəliyi var. Qanuna uymayanlar cəzalandırıla bilər. Cəzaya məruz qalmaq istəməyənlər üçünsə başını açıb işinə davam etmək variantı var” – təhsil naziri bildirib.
Qeyd edək ki, Kanadanın ən mübahisəli qanunu hesab edilən "Bill-21" saylı dini sivmollardan ictimai məkanda istifadənin qadağan edilməsi layihəsi bu ilin aprel ayında 35 əleyhinə qarşı 73 lehinə səslə qəbul edilmişdi.
Qanuna sərt reaksiya verən Kanada Müsəlmanları Milli Şurası qanunun ləğvi üçün Ali Məhkəməyə müraciət etmişdi. Məhkəmə prosesi hələ də davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət