Slimfit
  1. DÜNYA

Kanada Ukraynaya 450 “SkyRanger” PUA-ları təhvil verəcək

Kanada Ukraynaya 450 “SkyRanger” PUA-ları təhvil verəcək
Sakura

Kanada Ukraynaya 450 “SkyRanger” PUA-ları təhvil verəcək

Kanada yayda 450 “SkyRanger” çoxməqsədli pilotsuz uçuş aparatlarını (PUA) Kiyevə təhvil verməyə başlayacaq.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) teleqram kanalında məlumat yayıb.

“Ukrayna dron koalisiyasının növbədənkənar iclasında tərəfdaşlarını döyüş meydanındakı vəziyyət və hücumların dəf edilməsi üçün təcili ehtiyaclar barədə məlumatlandırıb. Görüşün nəticəsi olaraq ölkələr öz töhfələrini təsdiqlədilər və yeni töhfələr verdilər. Kanada bu yay 450 çoxməqsədli “SkyRangers” tədarük etməyə başlayacaq”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, bu ilin fevral ayında Kanadanın müdafiə naziri Bill Bler Ukraynaya ümumi dəyəri 95 milyon dollardan çox olan 800-dən çox “SkyRanger R70” çoxməqsədli PUA göndərilməsinin planlaşdırıldığını açıqlamışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR