Dərc edildi: Baxış sayı: 484
Kanada Ukraynaya 45 milyon dollar yardım edəcək
Kanada hökuməti altı il ərzində Ukraynaya 45 milyon dollar yardım edəcək.
TASS xəbər verir ki, bu, Kanadanın baş naziri Castin Trüdo ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşünün nəticələrindən bəlli olub.
Bu məbləğdən 25 milyon dollar demokratik islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub.
C.Trüdo ümidvar olduğunu bildirib ki, ayrılacaq vəsait vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönələcək.
Onun sözlərinə görə, Ukraynada Qərb ölkələrinin dəstəyi ilə aparılan islahatlar nəticəsində dövlət quruluşunun müxtəlif sahələrində müsbət dəyişikliklər var.
Baş nazir, xüsusilə, Zelenskinin tam demokratik şəraitdə keçirilən seçkilər nəticəsində prezident seçildiyini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət